Millimizin keçmiş üzvünün həbs müddəti uzadıldı
27 may 2020 11:41 (UTC +04:00)

Millimizin keçmiş üzvünün həbs müddəti uzadıldı

Şamaxı rayon Məhkəməsində güləş üzrə Azərbaycan millisinin sabiq üzvü,  vətəndaşı qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan Məsim Qədirlinin barəsində istintaq orqanın verdiyi təqdimata baxılıb.

APA-nın məlumatına görə, hakim Etibar Hümbətov sədrliyi ilə keçirilən prosesdə istintaq orqanın təqdimatı təmin edilib və M. Qədirlinin həbs müddəti 3 ay uzadılıb.

Məsim Qədirli Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) ittiham edilir.

Xatırladaq ki, Məsim Qədirli sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü olub. O, Azərbaycan birinciliyinin mükafatçısı və bir çox nailiyyətlər imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2035
avatar

Oxşar yazılar