Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Binəqədi Rayon Polis idarəsinin əməkdaşları birgə tədbir keçiriblər.
Penitensiar Xidmətdən Lent.az-a daxil olan məlumata görə, məhkum Hüseynov Natiq Rafiq oğlunun ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, həbs edilməmişdən əvvəl Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında gizlətdiyi 1 ədəd “Deutsche Werk Erfort” markalı tapança və ona məxsus 1 ədəd sandıqçanı könüllü olaraq təhvil verib.
Qeyd edək ki, N.Hüseynov Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs olunub.
Faktla bağlı araşdırma aparılır.