Metroda oğurluq olub
14 oktyabr 2020 18:41 (UTC +04:00)

Metroda oğurluq olub

Bakıda metrostansiyada oğurluq olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 9-da metronun “Nizami” stansiyasında qatarda Sumqayıt şəhər sakini T.Həbibullayevanın içərisində pulu, sənədləri və bank kartları olan pulqabısı çantasından oğurlanıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsgərov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar