Memar nəzakətsiz rəftara məruz qalmayıb - RƏSMİ
07 fevral 2020 14:22 (UTC +04:00)

Memar nəzakətsiz rəftara məruz qalmayıb - RƏSMİ


"Memar Elçin Əliyevin polis tərəfindən nəzakətsiz rəftara məruz qalması ilə bağlı tirajladığı fikirlər onun subyektiv yanaşmasıdır". 

Bunu APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, həmin məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılıb: "O, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən binalardan birinin sakinlərinin müraciəti əsasında polisə aparılıb. Qeyd olunan ünvanda çəkilişlərin aparılması sakinlərinin narazılığına səbəb olub və heç bir rəsmi qurumun təmsilçisi kimi özünü təqdim etməyən Elçin Əliyevlə mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları sakinləri sakitləşdirərək, şikayətçi olduqları şəxslə bağlı müvafiq araşdırmaların aparılması üçün Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə təhvil verilib. Qanunvericiliyə uyğun olaraq, onun şəxsiyyəti müəyyən olunub, sakinlərin narazılığına səbəb olan hallarla bağlı onunla profilaktiki söhbətlər aparılmaqla sərbəst buraxılıb. Elçin Əliyev şikayətə rəvac verən əməlinin heç bir qanunu əsas olmadığını bildirib. Bölmədə onunla hər hansı nəzakətsiz rəftar, yaxud fiziki təzyiq faktı baş verməyib. Hər bir vətəndaş nəzərə almalıdır ki, hüquq həm də polis tərəfindən mühafizə olunan, hamı üçün məcburi normalar sistemidir. Hər bir vətəndaşın qanun çərçivəsində polisə müraciət etmək hüququ var. Həmin hüquqlar üzrə mübahisə doğuran, vətəndaşları narahat edən hallar tərəfimizdən tam və hərtərəfli araşdırılır, qanunvericiliyə uyğun müvafiq tədbir görülür”.

Qeyd edək ki, saytların birində Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü Elçin Əliyev polis bölməsində üzləşdiyi qanunsuzluqlar haqqında məqaləsi dərc olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160
avatar

Oxşar yazılar