Maşını elektrik dirəyinə vurdu, sərnişini öldü
20 aprel 2020 14:02 (UTC +04:00)

Maşını elektrik dirəyinə vurdu, sərnişini öldü

Qusarda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 19-da, saat 23 radələrində rayonun Həsənqala kəndi ərazisində baş verib. Kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə avtomobildəki sərnişin - Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Faktla əlaqədar Qusar rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1465
avatar

Mehman Nəbiyev

Oxşar yazılar