Maşında 4 kilodan çox narkotik tapıldı
17 aprel 2020 15:09 (UTC +04:00)

Maşında 4 kilodan çox narkotik tapıldı

0

Cəlilabad sakinindən külli miqdarda narkotik maddə götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan lent.az-a  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Qüdrət Həsənov Cəlilabad rayonunun Alar kəndi ərazisində idarə etdiyi “Vaz 21014” markalı avtomobillə saxlanılıb. Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada 3 bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram narkotik vasitə heroin, 1 bağlamada çəkisi 800 qram olan psixatrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1557

Oxşar yazılar