Masallıda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb.
APA-nın məlumatına görə, hadisə aprelin 22-də rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 21 yaşlı Zaur Talıbovun idarə etdiyi “Kia Sorento” markalı avtomobillə əks istiqamətə çıxaraq ötmə əməliyyatını edərkən 19 yaşlı təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Zərbənin nəticəsindən “Mercedes” markalı avtomobil əks yola çıxaraq rayonun Qodman kənd sakini, 50 yaşlı Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində K. Hatəmov və onun sərnişini, 38 yaşlı Ağan Alışov hadisə yerində ölüb, 65 yaşlı Tahirə Əliyeva və 46 yaşlı Hədiyyə Əliyeva isə ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.