Kənddə karantin rejimini pozan kafe aşkarlandı
13 avqust 2020 09:52 (UTC +04:00)

Kənddə karantin rejimini pozan kafe aşkarlandı

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Şəfəq kəndi ərazisində gizli fəaliyyət göstərən kafe aşkarlayıblar.

DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az-a verilən məlumata görə, obyekt sahibi və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577

Oxşar yazılar