Keçmişdə adam öldürən yenidən tutuldu
27 may 2020 10:14 (UTC +04:00)

Keçmişdə adam öldürən yenidən tutuldu

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Lent.az-ın məlumatına görə, Binəqədi rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 36 yaşlı Rəşad Baxşıyevdən 0, 184 qram heroin, 0,188 marixuana və 17,435 çətənə toxumu aşkar edilib.

Bundan başqa Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər adam öldürməyə məhkum olunan, 41 yaşlı Elxan Mustafayevdən 2, 039 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642
avatar

Oxşar yazılar