Aprelin 14-də Xəzər rayonu ərazisindəki mağazaların birindən 1500 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.
Digər oxşar oğurluq Bərdə rayonunda baş verib.
Aprelin 20-də rayon ərazisindəki mağazaların birindən 320 manat pul və tütün məmulatı oğurlanıb. Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov saxlanılıb.