Keçmiş məhkum qadını hədələyib...
23 aprel 2020 13:31 (UTC +04:00)

Keçmiş məhkum qadını hədələyib...

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 22-də naməlum şəxs Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Kürdəmir rayon sakini S.Süleymanovanı bıçaqla hədələyərək onun 50 manat pulunu alıb. Bu barədə o, DİN-in “102” Zəng Mərkəzinə məlumat verib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.

Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707
avatar

Mehman Nəbiyev

Oxşar yazılar