Tovuzda ev qarət olunub.
Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də rayon ərazisindəki evlərin birindən 11 min manat və 200 dollar, habelə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xatınlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.