Karantini pozan 35 mindən çox sürücü cərimələndi - DYP
22 aprel 2020 09:21 (UTC +04:00)

Karantini pozan 35 mindən çox sürücü cərimələndi - DYP

0

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar ötən gün ərzində görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1822 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 35156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1399

Oxşar yazılar