Mingəçevirdə karantin rejimini pozan obyekt sahibi cəzalandırılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Mingəçevir şəhəri, 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib. Həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.