Karantin rejimini pozan şəxs polislərə hücum etdi
21 aprel 2020 12:18 (UTC +04:00)

Karantin rejimini pozan şəxs polislərə hücum etdi

Karantin rejimi ilə əlaqədar Şəki rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq müqavimət göstərib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.

Şəki rayon Polis Şöbəsində onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21