Baş Dövlət Yol Polisi karantin rejimi ilə bağlı ötən gün ərzində görülmüş işlər haqqında məlumat yayıb.
İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gün ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 27587 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.