Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə bağlı ötən gün ərzində görülmüş işlərlə əlaqədar məlumat yayıb.
İdarədən Lent.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.