Karantin qaydalarını pozan sürücülərin sayı artıb bu qədər oldu - DYP
28 aprel 2020 09:28 (UTC +04:00)

Karantin qaydalarını pozan sürücülərin sayı artıb bu qədər oldu - DYP

Baş Dövlət Yol Polisi İdarəsi karantin rejimi ilə əlaqədar ötən gün görülmüş işlərlə bağlı məlumatı açıqlayıb.

İdarədən Lent.az-a daxil olan məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejiminin pozulmasına görə dünən respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 42371 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1399
avatar

Mehman Nəbiyev

Oxşar yazılar