Keniyada bir şəhərində cənazə mərasimi zamanı gözlənilmədən rəhmətə gedənin meyiti olacağı tabutun içinin boş olduğu aşkar edilib.
Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, araşdırma zamanı məlum olub ki, fırıldaqçı 8 dost karantin qadağasından keçməklə səyahətə getmək istəyib.
Çoxbilmişlər bu məqsədlə tabut alıblar, onu maşının damına bağlayıblar və onları Keniyanın paytaxtı Nayrobidən Homa-Bey şəhərinə aparmaq üçün sürücü də tutublar. Ölkədəki özünə təcrid rejimi qadağası altına düşməməkdən ötrü dəfnin keçirilməsi üçün saxta sənəd də düzəltdiriblər. Keniyalılar nəzarət-buraxılış məntəqəsində tabutda meyit apardıqlarına inandırmağa çalışıblar.
Ancaq Homa-Beya sakinləri onları vaxtında ifşa ediblər. Orada ölənə görə ağlaşmağa başlayan ərəfədə gözlənilmədən tabutun boş olduğunu görüblər. Fırıldaqçılardan polisə şikayət olunub. Sonradan onlar koronavirus testindən keçirilib. Sürücünün COVID-19-a yoluxduğu aşkarlandığından xəstəxanaya yerləşdirilib. Digərləri isə karantinə yerləşdirilib.