Karantin dövründə Ukraynadakı azərbaycanlıların durumu necədir? - VİDEO
22 aprel 2020 09:59 (UTC +04:00)

Karantin dövründə Ukraynadakı azərbaycanlıların durumu necədir? - VİDEO

0

Koronavirus pandemiyasından əziyyət çəkən ölkələrdən biri də Ukraynadır. Son statistik məlumata görə, Ukraynada 6 min 125 nəfər koronavirus xəstəsi var. Bəs Ukraynadakı Azərbaycan vətəndaşlarının, soydaşlarımızın durumu necədir?

Lent.az bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) Rüfət Həmzəyevin təqdimatında efirə gedən “Koronavirus İnfo” proqramının efirinə skaypla qoşulan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov karantin günlərində Ukraynadakı vətəndaşlarımızın vəziyyəti haqqında məlumat verib. O, bildirib ki, Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır: "Hazırda onların müxtəlif vilayətlərdə olan diaspor təşkilatları ilə əlaqələri daha da gücləndirilib. Azərbaycana getmək üçün təxliyyə gözləyən 450-dən artıq vətəndaşımız Ukraynadakı konsulluğumuz tərəfindən siyahıya alınıb. Səfirlikdə "qaynar xətt" fəaliyyət göstərir, vətəndaşlarımız oraya müraciət edirlər. Həmçinin martın 17-dən etibarən Ukrayna Azərbaycanlıları Radasının qərargahında Operativ Qərargah yaradılıb. Qərargahda təşkilatımızın aktiv üzvləri könüllü olaraq vətəndaşlarımıza, soydaşlarımıza kömək edirlər. Bir aydan çoxdur ki, biz burada qalan soydaşlarımızla birgə çalışırıq, onların problemlərinin həlli istiqamətində addımlar atırıq. Onların yaşayış yeri ilə, ərzaqla təmin olunmalarını həyata keçiririk. Bununla yanaşı, xəstələnənlərin müalicəsinə dəstək məqsədilə əlimizdən gələni edirik.  Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi komissiyası fəaliyyət göstərir ki, onlarla gündəlik olaraq məsələləri müzakirə edirik. Ümid edirik ki, vətəndaşlarımız yaxın müddətdə Azərbaycana təxliyyə ediləcəklər. Ukraynadakı azərbaycanlılar isə epidemiyadan az zərərlə çıxa biləcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1288

Oxşar yazılar