Kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş - YENİLƏNİB
26 may 2020 20:00 (UTC +04:00)

Kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş - YENİLƏNİB


Salyanda kanalda meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, meyitin kimliyi və hansı şəraitdə qətlə yetirilməsi müəyyənləşdirilir.

***

Saat 18:04

Salyanda kanalda naməlum qadın meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib.

Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

Onun kimliyi və hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4897
avatar

Oxşar yazılar