İstanbul Sabiha Gökçen hava limanında sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada bir nəfər Azərbaycan əsilli Qazaxıstan vətəndaşı xəsarət alıb.
Bu barədə APA-nın yerli bürosuna Qazaxıstanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxsin səhhəti yaxşıdır.
Xatırladaq ki, dünən İstanbul Sabiha Gökçen hava limanında İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində baş verən qəzada 3 nəfər ölüb, 179 sərnişin yaralanıb.