İranla sərhəddə SİLAHLI İNSİDENT: ölən var
23 aprel 2020 09:17 (UTC +04:00)

İranla sərhəddə SİLAHLI İNSİDENT: ölən var

Ötnə gün Azərbaycan-İran dövlət sərhədində insident yaşanıb.

DSX-nin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, saat 15:30-da Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yar­dımlı rayonunun Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti əra­zi qapadılılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhəd­çi­lərin həyatına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olun­muş və sərhəd pozucularından 1-i yaralanıb. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik və hava şəraitinin dumanlı olmasından istifadə edə­rək geri qaçıblar. Yaralanan sərhəd pozucusuna ilkin tibbi yardım gös­təri­lərək Cəlilabad rayon mərkəzi xəstəxanasına təxliyə olunub, lakin görülən tədbirlərə baxmayaraq həyatını xilas etmək mümkün olma­yıb.

Hadisə yerində ümumi çəkisi 2 kq olan həşiş qətranına bənzər narkotik vasitə, 1 ədəd lüləsi kəsilmiş qoşalülə ov tüfəngi, 6 ədəd pat­ron, 1 ədəd patron gilizi aşkar olunub. Ərazidə axtarış işləri davam etdirilir. 

İran tərəfinin sərhəd nümayəndəsi görüşə dəvət olunmuş, hadisə yerində görüş keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­findən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3290
avatar

Mehman Nəbiyev

Oxşar yazılar