İki nəfərin ölümünə səbəb olan sürücü tutuldu
23 aprel 2020 14:24 (UTC +04:00)

İki nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Masallıda yol-nəqliyyat hadisəsini törədib qaçan sürücü tutulub.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, aprelin 22-də saat 13 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində üç avtomobilin toqquşması nəticəsində iki nəfərin vəfat etməsi, iki nəfərin isə aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi faktı üzrə Masallı rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb.

İş üzrə həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Kia Sorento” markalı avtomobili idarə edən Zaman Qasımzadə tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, daha sonra Z.Qasımzadənin hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Zaman Qasımzadə Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyət hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289
avatar

Mehman Nəbiyev

Oxşar yazılar