Həmkəndlisinin boğazını kəsən şəxs tutuldu
24 aprel 2020 11:54 (UTC +04:00)

Həmkəndlisinin boğazını kəsən şəxs tutuldu

Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.

Lent.az-ın məlumatına görə, rayonun Şağlaser kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 36 yaşlı Vüqar Ağayevi kürəyinə bıçaq zərbəsi vuraraq, boğazını kəsib.

V.Ağayev xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən H.Əbilov saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982
avatar

Mehman Nəbiyev

Oxşar yazılar