Həm maşın qaçırdı, həm də oğurluq etdi
20 may 2020 11:53 (UTC +04:00)

Həm maşın qaçırdı, həm də oğurluq etdi

Mayın 8-də Sabunçu rayonu ərazisində vətəndaş K.Qarayevin “VAZ-2107” markalı avtomobilini qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılıb.

Onun mayın 14-də rayon ərazisindəki mağazaların birindən 2700 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393
avatar

Mehman Nəbiyev

Oxşar yazılar