Hindistanda sabahdan etibarən fövqəladə vəziyyət elan olunur.
APA-nın xəbərinə görə, bu barədə Hindistanın Baş Naziri Narendra Modi televiziya vasitəsilə xalqa müraciətində deyib.
"Bu gün gecə yarısından etibarən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan olunur və bu, 3 həftə, yəni 21 gün davam edəcək. Növbəti günlərdə evdən çıxmağı unudun. Evdə qalın. Bu addım ölkəmizin hər bir vətəndaşının həyatını xilas etmək üçün atılır. Şübhəsiz, bunun nəticələri olacaq, lakin hər bir vətəndaşımızın həyatını xilas etmək mənim üçün, Hindistan hökuməti üçün prioritetdir", - deyə Hindistanın Baş Naziri qeyd edib.