Heyvan gətirmək adı ilə kəndlilərini aldatdı
20 may 2020 10:19 (UTC +04:00)

Heyvan gətirmək adı ilə kəndlilərini aldatdı

Balakəndə 30 nəfərə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, rayonun Hənifə kəndində yaşayan 30 nəfər hüquq-mühafizə orqanlarına müraciət edərək rayonun Talalar kənd sakini Fərhad Məmmədovun onları aldadaraq külli miqdarda pullarını mənimsədiyini bildiriblər.

F.Məmmədov sakinlərə "Simental" cinsli iribuynuzlu heyvanları dövlət xətti ilə ucuz qiymətə verəcəyini vəd edib. Uzun müddət keçməsinə baxmayaraq F.Məmmədov vədinə əməl etməyib.  

Daxil olan şikayət əsasında Balakən rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393
avatar

Mehman Nəbiyev

Oxşar yazılar