Gürcüstanda yanğın nəticəsində bir ailənin 6 üzvü öldü
04 fevral 2020 02:24 (UTC +04:00)

Gürcüstanda yanğın nəticəsində bir ailənin 6 üzvü öldü

0


 

Gürcüstanın Bağdati rayonunun Tsereteli küçəsində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 6 nəfər ölüb. 

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı həlak olanların dördü uşaq, biri isə hamilə qadındır. Yanğında ölən 6-cı qadının da eyni ailənin üzvü olduğu bildirilir.  

Əraziyə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xİdmətinin 6 yanğınsöndürmə maşını və 25 yanğınsöndürən cəlb edilib.  Yanğının söndürüldüyü bildirilir.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1461

Oxşar yazılar