Xocavənddə əkin sahəsindən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa şəhər sakini Nazim Quliyev Xocavənd Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus əkin sahəsindən dəyəri 3000 manat olan gübrənin oğurlanması barədə məlumat verib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əkin sahəsindən dənli bitkilər üçün nəzərdə tutulmuş 130 kisə gübrəni oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini B.Quliyev saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış gübrələrin bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.