Gədəbəydə avtoqəza: Ölən və xəsarət alan var - YENİLƏNİB
20 may 2020 22:57 (UTC +04:00)

Gədəbəydə avtoqəza: Ölən və xəsarət alan var - YENİLƏNİB

 

Gədəbəydə baş vermiş avtoqəzada xəsarət alanlardan biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 20 yaşlı Elxan Məmmədov və onun həmyaşıdı Rəşid Aslanzadə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Onlardan E.Məmmədov bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada keçinib.

***

Saat 20:28

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı minik maşını ilə "NAZ Lifan" markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2632
avatar

Oxşar yazılar