"Oktyabrın 30-dan etibarən koronavirus epidemiyasının ikinci dalğası fonunda bütün ölkə üzrə karantin rejiminin yenidən tətbiq edilməsilə bağlı qərar verdim”.
APA RİA Novosti-ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciətində bildirib.
Fransa liderinin sözlərinə görə, ölkədə karantin dekabrın 1-dək davam edəcək.