Göyçayda narkotik tərkibli bitkini kultivasiya yolu ilə əkib-becərən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Kürdəmiş kəndində narkotik tərkibli çətənə bitkisi əkib-becərən şəxsi saxlayıb. Kənd sakini Orxan Kərimova məxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 19 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək maddi sübut kimi götürülüb. O, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.