Aprelin 26-da İmişli rayon ərazisindəki evlərin birindən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.