Masallı rayonunda fərdi yaşayış evində baş verən partlayışda 2 nəfər dünyasını dəyişib.
Lent.az-ın verdiyi məlumata görə, hadisə aprelin 16-da saat 7 radələrində rayonun Təzə Alvadı kənd ərazisində baş verib.
Kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış zamanı ev bütövlükdə dağılıb. Nəticədə İ.Qədiyev, həyat yoldaşıı Sevinc Qədiyeva, övladları Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Onlar Bakıdakı 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İ.Qədiyev və arvadı S.Qədiyevanən həyatını xilas etmək mümkün olmayıb və onlar müalicə aldıqları xəstəxanada ölüblər.
Fakta görə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib.