Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hazırda rayonun məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsi atəşə tutulur. Yaralılar var.