Azərbaycanda 2020-ci ilin yanvar ayında bir neçə dəhşətli yol qəzası baş verib.
Lent.az Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara istinadla bildirir ki, bir ay ərzində ölkə ərazisində qeydə alınan yol-nəqliyyat qəzaları nəticəsində 60 nəfər həyatını itirib.
İlin ilk və ən dəhşətli qəzaları yanvarın 1-də qeydə alınıb. Həmin gün baş verən qəzalar nəticəsində 6 nəfər həyatını itirib.
Yanvarın 2-də qeydə alınan qəzalar zamanı 4 nəfər ölüb. Yanvarın 13-də isə yol qəzaları 5 nəfərin həyatına son qoyub.
Yanvarın 17-də baş verən 4 ağır yol qəzası nəticəsində 4 nəfər ölüb. Ayın 18-də də respublikanın avtomobil yollarında 4 nəfər həyatını itirib.
Yanvarın 26, 27 və 28-dəki qəzalar zamanı isə 10 nəfər ölüb.