Sumqayıtda baş vermiş yanğın nəticəsində ağır xəsarətlər alan şəxs xəstəxanada dünyasını dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə aprelin 25-də şəhərin Xəzri yaşayış massivində birmərtəbəli fərdi yaşayış evində baş verib. Yanğın zamanı şəhər sakini, 1972-ci il təvəllüdlü Qurbanov Əli Həmzə oğlu yanıq xəsarətləri alıb. Bədənin 95 faizi yanan 48 yaşlı kişi əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb, sonra isə vəziyyəti ağırlaşdığından Bakıya göndərilib.
Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və o, bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Mərhumun meyidi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma davam edir.