Lənkəranda gizli işləyən kafe aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonunun Bürcəli kəndində yerləşən “Xanbulan” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Obyektə baxış zamanı orada olan kafenin sahibi Həsən Salayev və Lənkəran sakini olan 5 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.
Həmin şəxslər Lənkəran şəhər Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.