Çoban işlədiyi fermadan oğurluq etdi
29 aprel 2020 10:54 (UTC +04:00)

Çoban işlədiyi fermadan oğurluq etdi

Qaxda fermadan 11 min manat dəyərində 71 qoyun oğurlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu, Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb.

Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq, Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Həmin heyvanları alan şəxslər də müəyyən edilib. 

Faktla bağlı Qax rayon Polis Şöbəsində saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1302
avatar

Mehman Nəbiyev

Oxşar yazılar