Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində elan edilmiş karantin rejimi qaydalarını pozaraq Bərdə rayonundan Bakıya gətirmək üçün sərnişin daşımağa cəhd edən rayon sakini Elşən Abdullayev saxlanılıb. O, idarə etdiyi “Reno” markalı avtomaşınla sərnişinləri Bakıya gətirəcəyini vəd edərək, kəndarası yollarla rayondan çıxmağa cəhd edib.
Saxlanılan E. Abdullayev İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.