Borc üstündə tanışını bıçaqladı - BAKIDA
21 may 2020 01:43 (UTC +04:00)

Borc üstündə tanışını bıçaqladı - BAKIDA

0

 

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanışı ilə mübahisə edib.

Mübahisə onun tanışına olan borcu üstündə yaranıb. Nəticədə R.Məmmədov bıçaq xəsarəti alıb. O, bud və bel nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2753

Oxşar yazılar