Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirib. Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Reyd zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalarına əməl etməyək tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb. Tədbir zamanı polislər tərfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karamtin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
Reyd zamanı həmçinin avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülüb. Bakı-Sumqayıt şəhərləri arasında qanunsuz olaraq heç bir sanitar qaydalara əməl etmədən sərnişin daşıyan sürücülər barəsində də ciddi tədbirlər görülüb, həmin avtobuslar xətdən çıxarılıb.