Bakıda zəncirvarı qəza - beş avtomobil toqquşub - FOTO - VİDEO
24 aprel 2020 22:38 (UTC +04:00)

Bakıda zəncirvarı qəza - beş avtomobil toqquşub - FOTO - VİDEO

0

 

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Cəlil Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib.

"Renault" markalı nəqliyyat vasitəsi qarşıda dayanmış "Toyota" markalı nəqliyyat vasitəsinə, "Toyota" isə qarşıdakı "Mercedes"ə çırpılıb. Əks yolda hərəkət edən və taksi kimi istifadə olunan "Opel" markalı avtomobilin sürücüsü də baş vermiş hadisəyə baxmaq üçün dayanıb. Bu zaman onun fikri yayındığından avtomobili qarşıdakı "Mercedes"ə çırpılıb.

Hadisə yerinə YPX və PPX əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1776

Oxşar yazılar