Bakıda silahlı narkotik alverçiləri saxlanıldı
27 may 2020 09:57 (UTC +04:00)

Bakıda silahlı narkotik alverçiləri saxlanıldı

0

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Yasamal rayon Polis İdarəsinin Post-Patrul Bölüyü əməkdaşları Bakı şəhər sakini, 55 yaşlı İlham Nağıyevi və Siyəzən rayon sakini 32 yaşlı Tural İlyasovu saxlayıb.

Onların üzərindən 0, 285 qram metamfetamin, 4 ədəd bıçaq və dəmir parçaları aşkarlanıb.

Saxlanılan şəxslər 26-cı Polis Bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1599

Oxşar yazılar