Bakıda qəzada 2 avtomobil yarasız hala düşdü - FOTO - VİDEO
22 may 2020 05:37 (UTC +04:00)

Bakıda qəzada 2 avtomobil yarasız hala düşdü - FOTO - VİDEO

 

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Yolayrıcında hərəkətdə olan "Daewoo" və "Kia" markalı nəqliyyat vasitələri toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. 

DYP əməkdaşları hər iki sürücünü saxlayaraq Alkoqol Sərxoşluğunun Yoxlanılması Məntəqəsinə aparıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1813
avatar

Oxşar yazılar