Bakıda qəza tıxac yaratdı  - FOTOLENT - YENİLƏNİB
27 may 2020 12:08 (UTC +04:00)

Bakıda qəza tıxac yaratdı - FOTOLENT - YENİLƏNİB

Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası yaxınlığında baş vermiş qəzanın təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, “Hyundai” markalı, 99-UM-411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb.

Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Onların hər ikisi Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunub.

***

12:06

Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası istiqamətində Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, qəza səbəbindən ərazidə nisbətən sıxlıq müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8479
avatar

Oxşar yazılar