Bakıda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. 3 yaşlı Sərdarlı Mehdi Əlihüseyn oğlu 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən yıxılıb. Azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.