Bakıda narkotik alverçisi tutuldu
02 noyabr 2019 13:49 (UTC +04:00)

Bakıda narkotik alverçisi tutuldu

Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri həyata keçirib.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, əldə olunan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Əbülfət Abuşov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı şəxsi axtarış keçirilən zaman 2,817 qram narkotik vasitə heroin aşkar edilib.

Saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də əlavə baxış keçirilib. Oradan Əbülfət Abuşova məxsus narkotik vasitə və psixotrop maddələr olan 520,152 qram heroin, 8,044 qram metamfetamin, 56,559 qram tiryək və 1,64 qram metadon aşkarlanaraq götürülüb.

Əbülfət Abuşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 755
avatar

Oxşar yazılar