Bakıda mənzildən meyit tapıldı
27 may 2020 03:00 (UTC +04:00)

Bakıda mənzildən meyit tapıldı

 

Bakının Nərimanov rayonunda mənzildə meyit aşkar olunub.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

Məlumata əsasən, Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Karl Ryumin Aleksandroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4072
avatar

Oxşar yazılar